“Özümü narahat hiss etdim və sonra məni..." -koronaviruslu xəstə danışdı+ VIDEO
    • 26-03-2020, 20:29
    • 936

“Özümü narahat hiss etdim və sonra məni..." -koronaviruslu xəstə danışdı+ VIDEO

ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.

News24.az xəbər verir ki, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.

Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: “Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.

Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir: “İlk günlərdən etibarən xəstəxanamız diaqnostik və müalicə baxımından gücləndirilib. Pasiyentlər müvafiq dərman preparatları ilə müalicə olunur. Ümumi vəziyyətləri kafidir, dinamika müsbətə doğru gedir. Düşünürük ki, müalicə bitdikdən sonra onlar bu xəstəlikdən tam sağalmış vəziyyətdə öz ailələrinə,cəmiyyətə təhvil veriləcək”.