Bakıda nəqliyyatdan istifadə edənlərin sayı 80% azalıb
    • 26-03-2020, 20:49
    • 689

Bakıda nəqliyyatdan istifadə edənlərin sayı 80% azalıb

"Bakıda nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı 80 faiz azalıb”.

News24.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, əvvəllər nəqliyyat vasitələrindən 1,5 milyon vətəndaş istifadə edirdisə, indi bu rəqəm 52 minə düşüb.