USD 1.7
EUR 1.874
TRY 0.2569
RUB 0.0216
  • Bakı 12°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 12°C
  • QUBA 8°C
  • NAXÇIVAN 9°C

"Moskvanın hava limanlarında bir nəfər də olsun azərbaycanlı yoxdur"

HADİSƏ

Mətn ölçüsü

Rusiyanın xəbər agentliyi RİA Novosti, Moskvadakı Vnukovo hava limanının tranzit zonasında Bakıya gələ bilməyən azərbaycanlıların olması barədə məlumat yayıb.

News24.az virtualaz.org-a istinadən xəbər verir ki, “Azərbaycanlılar neytral zonadadır. Ora getmək üçün yol yoxdur. Məhsulları hava limanının personalı vasitəsilə ötürməli olacağıq”, - deyə agentlik Vnukovo könüllülərinin birindən sitat gətirib.

Məsələ ilə bağlı danışan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu məlumatı təkzib edib:

“Vnukovo aeroportunun tranzit zonasında azərbaycanlıların olması barədə məlumatlar yalandır. Bu məlumatı qəti şəkildə təkzib edirəm. Nə Vnukovo, nə Şeremetyevo, nə də digər hava limanlarında bir nəfər də olsun Azərbaycan vətəndaşı yoxdur"deyən
P. Bülbüloğlu Moskvadan Bakıya beynəlxalq reyslərin müntəzəm həyata keçirildiyini də xatırladıb.

Yeri gəlmişkən, bundan əvvəl bəzi KİV-lər AZAL-ın mətbuat xidmətinə istinadən bildirmişdilər ki, martın 26-dan etibarən Azərbaycan Hava Yolları beynəlxalq istiqamətdə uçuşları yalnız Moskva və Londona yerinə yetirəcək.

Xəbəri paylaş: