Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti -Video
    • 27-03-2020, 22:46
    • 565

Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti -Video

Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.  

News24.az Real TV-yə istinadən xəbər verir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb.
“O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, onun vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik.

Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxardacaqlar və evinə gedə biləcək”, - deyə səfir bildirib.

X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini əlavə edib.