Bakıda “KamAZ” avtomobillə toqquşdu, ÖLƏN VƏ YARALANANLAR VAR

Bakıda “KamAZ” avtomobillə toqquşdu, ÖLƏN VƏ YARALANANLAR VAR
HADİSƏ

28 mart 2020, 09:45

Mətn ölçüsü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.