Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu
    • 28-03-2020, 12:51
    • 659

Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə şəhərin Vaqif prospektində qeydə alınıb.
Belə ki, "Moskviç" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Həsənli Məhəmməd Ramin oğlunu vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəyə sol bud sümüyünün qapalı sınığı diaqnozunu qoyublar.
Fakt bağlı araşdırma aparılır. /Report/