Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub
    • 29-03-2020, 14:59
    • 733

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzildə ev əşyaları 12 m² sahədə yanıb. 


Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.