Bakıda avtomobillər toqquşdu - ÖLƏNLƏR VAR
    • 30-03-2020, 14:21
    • 585

Bakıda avtomobillər toqquşdu - ÖLƏNLƏR VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 28-də saat 7 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub.

Nəticədə “Mercedes”dəki sərnişinlərindən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.