Sumqayıta girişə post qoyuldu - FOTO
    • 30-03-2020, 14:39
    • 582

Sumqayıta girişə post qoyuldu - FOTO

Son günlər koronavirus təhlükəsinin artması və bu virusa yoluxanların sayının artması səbəbindən məhdudlaşdırıcı tədbirlərin miqyası artırılıb.

News24.az-ın məlumatına görə, bu gün günorta saatlarından etibarən Sumqayıt şəhərinin girişində yol polisi postu təyin edilib. Belə ki, Sumqayıta daxil olan və çıxan avtomobillərə və sürücülərin qeydiyyatına nəzarət gücləndirilib. Sürücülər bu gün Bakının bəzi hissələrində də yol polisi postlarının olduğunu bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında Bakı, Sumqayıt və Abşeron rayonlarının əhatə edən ərazi  daxilində hərəkətin sərbəst olduğu qeyd edilib.