BAKIDA 3 qardaş oğurluqda ŞÜBHƏLİ BİLİNİR
    • 31-03-2020, 13:02
    • 578

BAKIDA 3 qardaş oğurluqda ŞÜBHƏLİ BİLİNİR

Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbuku oğurlamaları da müəyyən edilib.