Qusarda ağır qəza: ÖLÜ VƏ YARALILAR VAR
    • 31-03-2020, 13:16
    • 800

Qusarda ağır qəza: ÖLÜ VƏ YARALILAR VAR

Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, martın 30-da saat 18 radələrində Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.