Gəncədə gənc oğlan bıçaqlanıb
    • 31-03-2020, 22:26
    • 742

Gəncədə gənc oğlan bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.


News24.az xəbər verir ki, hadisə Dəmiryolu vağzalı yaxınlığında qeydə alınıb.


Anar adlı gənc (soyadı dəqiqləşdirilir-red) döş qəfəsindən və qarın boşluğundan bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. 


Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.