Sabunçuda tikinti materialları bazarındakı yanğın söndürülüb
    • 2-04-2020, 09:15
    • 730

Sabunçuda tikinti materialları bazarındakı yanğın söndürülüb

Fövqəladə Hallar Hazirliyi Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

News24.az nazirliyin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 5000 m2 olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 m2 sahədə yanıb.

Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikinti materialları bazarında yanğın baş verib. Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.