38 yaşlı kişi faciəvi şəkildə öldü - Video
Hadisə
Sumqayıtda sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb.
News24.az xəbər verir ki, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilir ki, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Şahidlərin sözlərinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin bu, faciənin qarşısını almağa kifayət etməyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (xezerxeber)