Biləsuvarda 17 yaşlı tələbə QƏFİLDƏN ÖLDÜ
    • 2-04-2020, 17:45
    • 753

Biləsuvarda 17 yaşlı tələbə QƏFİLDƏN ÖLDÜ

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır. /Report/