Nardaran sakinindən odlu SİLAH GÖTÜRÜLDÜ
    • 6-04-2020, 12:48
    • 636

Nardaran sakinindən odlu SİLAH GÖTÜRÜLDÜ

Nardaran sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Babayevə məxsus bağ evinin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qardaşı tərəfindən gizlədilmiş lüləsi və qundağı kəsilmiş “Toz-B” markalı tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.