Bakıda marşrut avtobuslarında QORXUNC VƏZİYYƏT - FOTOLAR
    • 6-04-2020, 20:33
    • 1 974

Bakıda marşrut avtobuslarında QORXUNC VƏZİYYƏT - FOTOLAR

Son bir neçə gündə Bakıda bəzi marşurut xətlərində avtobus sayının kəskin azalması ciddi problemlərə yol açıb.

News24.az-ın məlumatına görə, paytaxtın bəzi qəsəbələrinə və geriyə sərnişin daşıyan avtobuslarda sıxlıq yaranıb. Belə ki, sıxlıq əsasən səhər və axşam saatlarında "Koroğlu" metrosunda diqqət çəkir. Koroğlu Nəqliyyat Mərkəzində avtobusların həddindən artıq doldurulmasına BNA əməkdaşları imkan verməsə də, sürücülər özbşına şəkildə yolun əks hissəsində dayanacaq olmayan ərazidə dayanaraq avtobusu tam doldurur və basabas yaranır.

Qeyd edək ki, bu vəziyyət kəskin rüspirator virusların və koronavirusun sürətlə yayılmasına şərait yaradır. Koroğlu ərazisində 21 və 62 saylı marşrutlardakı özbaşınalığın görüntülərini diqqətinizə çatdırırıq.