Şəmkirdə dəhşət: kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini YANDIRDI

Şəmkirdə dəhşət: kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini YANDIRDI
HADİSƏ

07 aprel 2020, 09:46

Mətn ölçüsü

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatana kimi müxtəlif xəsarətlər almış 4 nəfər təcili yardım briqadası tərəfindən aidiyyəti üzrə aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılıb. Kişinin həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırmasının bəzi təfərrüatları məlum olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xilas edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.