Gəncədə ruhi xəstə İTKİN DÜŞDÜ
    • 7-04-2020, 10:12
    • 668

Gəncədə ruhi xəstə İTKİN DÜŞDÜ

Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu  il təvəllüdlü Elsevər Sadıxov martın 26-da  yaşadığı evdən  çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, E. Sadıxovun  əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu,  saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75  şəhər və (055) 687-13-73  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.