İsmayıllıda naməlum kişi meyiti TAPILDI

İsmayıllıda naməlum kişi meyiti TAPILDI
HADİSƏ

07 aprel 2020, 15:02

Mətn ölçüsü

İsmayıllıda naməlum kişi meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib. Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Yaşı təxminən 30-40 arası, qan qrupu 3+dir.

Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.