Bakıda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb

Bakıda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb
HADİSƏ / SOSİAL

07 aprel 2020, 15:36

Mətn ölçüsü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub. Nəticədə sürücü və sərnişinlərdən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.