Koronaviruslu ağır xəstələrin 20-dən çoxu “Yeni klinika”da müalicə alır

Koronaviruslu ağır xəstələrin  20-dən çoxu “Yeni klinika”da müalicə alır
HADİSƏ

08 aprel 2020, 19:30

Mətn ölçüsü

“Martın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda "Yeni klinika"nın açılışı oldu. Həmin günün səhərindən başlayaraq həmin klinikada yeni tip koronavirusa (Covid-19) yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlandı”.

News24.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-nin durumu ağırdır: “Həmin xəstələrin 20-dən çoxu məhz “Yeni klinika”da müalicə alır”.