Evdən oğurluq edən qadın SAXLANILDI
    • 8-04-2020, 22:45
    • 846

Evdən oğurluq edən qadın SAXLANILDI

Suraxanı rayonununda evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24/az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılıb.