İmişlidə ikimərtəbli ev yanıb - 1 NƏFƏR XƏSARƏT ALDI
    • 9-04-2020, 14:59
    • 586

İmişlidə ikimərtəbli ev yanıb - 1 NƏFƏR XƏSARƏT ALDI

İmişli rayonunun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.