Azərbaycanda icra başçısının qardaşının 2 oğlu dəhşətli hadisədə öldü - FOTOLAR
    • 11-04-2020, 13:42
    • 1 381

Azərbaycanda icra başçısının qardaşının 2 oğlu dəhşətli hadisədə öldü - FOTOLAR

Dünən gecə Şabranda baş vermiş ağır yol qəzasının görüntüləri yayılb.

News24.az-ın məlumatına görə, rayonun sabiq icra başçısı Sündüz Babayevanınin qardaşı və bacısı övladlarının olduğu 10 BX 090 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən aşıb. Nəticədə avtomobildəki sərnişinlər - rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölüb. S.Babayevanın bacısı oğlu, sürücü Bəxtiyar Şahverdiyev və digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Qəzaya düşən və içində 3 nəfərin öldüyü avtomobilin görüntülərini
təqdim edirik.

Qeyd edk ki, dəhşətli qəzada ölən 34 yaşlı Elnur və 27 yaşlı Cəlal sabiq icra başçısının qardaşı övladlarıdır.