39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
Hadisə
Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.//qafqazinfo