Bərdədə güclü YANĞIN
    • 15-04-2020, 01:26
    • 712

Bərdədə güclü YANĞIN

Bərdə rayonunun Həsənqaya kəndində ümumi sahəsi 420 kvadratmetr olan tikilidə yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin - çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mercedes” markalı mikroavtobus yanıb. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.