Binəqədidə ölümlə nəticələnən YOL QƏZASI OLDU
    • 16-04-2020, 14:22
    • 603

Binəqədidə ölümlə nəticələnən YOL QƏZASI OLDU

Binəqədi rayonununda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az verilən məlumata görə, aprelin 15-də saat 17 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.