Gəncədə "avtoşluq" edən gənc HƏBS EDİLDİ - FOTO
    • 21-04-2020, 17:58
    • 875

Gəncədə "avtoşluq" edən gənc HƏBS EDİLDİ - FOTO

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki News24.az-a regional qrupundan verilən məlumata görə, Kəlbəcər rayon sakini, Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ 968” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

M. Mamedov barəsində Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M. Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.