Bakıda yol qəzası: 2 NƏFƏR ÖLDÜ

Bakıda yol qəzası: 2 NƏFƏR ÖLDÜ
HADİSƏ

22 aprel 2020, 10:09

Mətn ölçüsü

Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.