Bakıda aptekə BASQIN EDILDI
    • 23-04-2020, 09:55
    • 1 236

Bakıda aptekə BASQIN EDILDI

Bakıda aptekə basqın edilib.

hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İbadova Esmira Loğman qızı polisə müraciə edərək bildirib ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq onu hədələyib.
Naməlum şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. /Trend/