4 gəncin həlak olduğu hotellə bağlı yeni xəbər var

4 gəncin həlak olduğu hotellə bağlı yeni xəbər var Hadisə

Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel"in 4 ofisiantı elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Bu gün isə “Lake Hotel”in icarədarı Ağasif Verdiyev həbs edilib.

O, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmaqda ittiham edilir.

News24.az xəbər verir ki, "Teleqraf"ın məlumatına görə, ölkə gündəmini zəbt edən hadisəyə baxmayaraq, hotel əvvəlki qaydada işləyir, müştərilərə xidmət göstərir.

"Teleqraf"ın əməkdaşı az öncə hoteldə olub. "Lake Hotel"in fəaliyyətini davam etdirdiyini əks etdirən fotoları lentə alıb.

Həmin fotoları təqdim edirik:

4 gəncin həlak olduğu hotellə bağlı yeni xəbər var 4 gəncin həlak olduğu hotellə bağlı yeni xəbər var 4 gəncin həlak olduğu hotellə bağlı yeni xəbər var