Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru VƏFAT ETDİ
    • 28-04-2020, 15:37
    • 1 287

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru VƏFAT ETDİ

AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

News24.az-ın məlumatına görə, alim 71 yaşında həyatını itirib. 

Qeyd edək ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Ə.Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, t.e.d., professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!