Bakıda 71 yaşlı qadın özünü 9-cu mərtəbədən ATDI
    • 30-04-2020, 11:32
    • 1 266

Bakıda 71 yaşlı qadın özünü 9-cu mərtəbədən ATDI

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1949-cu il təvəllüdlü Səmədzadə Fərqanə Hafiz qızı özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

O, hadisə yerindəcə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. /Apa/