Tovuz sakini idarə etdiyi maşını aşırdı, 1 nəfər öldü
    • 30-04-2020, 21:41
    • 725

Tovuz sakini idarə etdiyi maşını aşırdı, 1 nəfər öldü

Tovuz rayonunun Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 29-da saat 19 radələrində Tovuz rayonunun Xatınlı kəndi ərazisində rayon sakini A.Yusifov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Toğrul Quliyev orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.