Kürdəmirdə yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb - VİDEO - YENİLƏNDİ - 3
    • 4-05-2020, 17:36
    • 1 159

Kürdəmirdə yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb - VİDEO - YENİLƏNDİ - 3

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, vəfat edən 9 yaşlı uşaqdır.

***
16:12
Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə APA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, hamısının vəziyyəti ağırdır.

***
13.20

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

2 yaşlı Sabir Ceyhun oğlu Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Onun əməliyyat olunduğu bildirilir.

***
12:17

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub. 

Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.