Goranboyda avtomobil maneəyə ÇIRPILIB

Goranboyda avtomobil maneəyə ÇIRPILIB
HADİSƏ

04 may 2020, 20:20

Mətn ölçüsü

Goranboyda avtomobil maneəyə çırpılaraq yoldan çıxıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli şəhərindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Hyundai" markalı minik maşını metal arakəsməyə çırpılaraq və yoldan çıxıb. İlkin məlumata görə, avtomobil ciddi zərər görsə də, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.