Gəncədə silsilə OĞURLUQ

Gəncədə silsilə OĞURLUQ
HADİSƏ

04 may 2020, 21:49

Mətn ölçüsü

Gəncə şəhərinin Nizami rayonu ərazisindəki 4 evdən, 1 avtomobildən və 5 həyətdən oğurluq etməkdə şübhəli bilinən T.Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, VAZ-2105 markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.