Kürdəmirdə baş verən qəzada yaralanan 2 nəfər BAKIYA GƏTİRİLDİ
    • 5-05-2020, 11:13
    • 893

Kürdəmirdə baş verən qəzada yaralanan 2 nəfər BAKIYA GƏTİRİLDİ

Dünən Kürdəmirdə baş verən qəzada yaralanan şəxslərdən 2-si Bakıya gətirilib.

Bu barədə APA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Onlardan biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digəri isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hər iki şəxsin vəziyyəti ağır stabildir.

Qəzada yaralanan digər 3 nəfər isə evə yazılıb.

Qeyd edək ki, dünən Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.