Ağır yol qəzasında ölən sürücünün kimliyi MƏLUM OLDU
    • 6-05-2020, 00:24
    • 623

Ağır yol qəzasında ölən sürücünün kimliyi MƏLUM OLDU

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol qəzasında ölən sürücünün kimliyi məlum olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, o, 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğludur.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “İran Khodro” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.