Ziya Bünyadov prospekti qəza - TIXAC YARANDI
    • 6-05-2020, 09:02
    • 856

Ziya Bünyadov prospekti qəza - TIXAC YARANDI

Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığında (“20 Yanvar” dairəsi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev məlumat verib. Qəza nəticəsində prospektin qeyd edilən hissəsində tıxac yaranıb.

Bu səbəbdən də həmin istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr baş verib.