Şamaxıda yol-nəqliyyat hadisəsi BAŞ VERDİ
    • 6-05-2020, 22:16
    • 643

Şamaxıda yol-nəqliyyat hadisəsi BAŞ VERDİ

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Mirzəyev Rasim Ağamusa oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq divara çırpılıb. Hadisə zamanı xəsarət almış sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması diaqnozu qoyulub.