Gəncədə evlərdən 20 minlik OĞURLUQ EDİLDİ - YENİLƏNİB

Gəncədə evlərdən 20 minlik OĞURLUQ EDİLDİ - YENİLƏNİB
HADİSƏ / KRİMİNAL

09 may 2020, 13:59

Mətn ölçüsü

Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər  ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a  verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə, 4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq, ümumilikdə 5900 ABŞ dolları, 11000 rus rublu, 5000 manat nağd pul, 3000 ABŞ dolları dəyərində qızıl  qolbaq, 1 ədəd 1800 manat dəyərində televizor, hər birinin dəyəri 500 manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat olan 1 ədəd yataq dəsti örtüyünü oğurlayıb. Bundan başqa polis əməkdaşları V. Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət əşyalarını oğurlamasını müəyyən edib.

BPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib. Belə ki, mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla birlikdə saxlanılıb.

 
 
Faktlarla  bağlı araşdırmalar davam etdirilir.
***
12:24
Gəncə şəhərində evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 4 evdən ümumilikdə 5 900 ABŞ dolları, 5 000 manat, 11 000 rubl, 5 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini V.Qasımov saxlanılıb.