Kür çayı yenə DƏLİLİK ETDİ

Kür çayı yenə DƏLİLİK ETDİ
HADİSƏ

09 may 2020, 18:40

Mətn ölçüsü

Kür çayının Neftçala rayonundan keçən hissəsində 64 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. B. Ağayevin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.