Nənə və babasını qətlə yetirən NƏVƏ BİR GÜN ƏVVƏL... - TƏFFƏRRÜAT
    • 11-05-2020, 12:39
    • 908

Nənə və babasını qətlə yetirən NƏVƏ BİR GÜN ƏVVƏL... - TƏFFƏRRÜAT

Mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə RPŞ-yə məlumat daxil olub.

News24.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini V.Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb. 

Araşdırmalarla onun 1 gün əvvəl Z.Tapdıqovu və Z.Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.