Sürücüyə "monitrovka" ilə hücum edən şəxs HƏBS EDİLDİ - VİDEO
    • 13-05-2020, 21:31
    • 658

Sürücüyə "monitrovka" ilə hücum edən şəxs HƏBS EDİLDİ - VİDEO

Bakıda əks yola çıxıb, sonra da digər sürücüyə "monitrovka" ilə hücum edən şəxs həbs edilib.

News24.az
-a BŞBPİ-nə istinadən xəbər verir ki, bu gün Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxsin 1964-cü il təvəllüdlü, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov olduğu müəyyənləşib. K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Qeyd edək ki, tutulan şəxs mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gəlib.