Hacıqabulda 67 yaşlı kişi Kürdə batdı - MEYİTİ AXTARILIR

Hacıqabulda 67 yaşlı kişi Kürdə batdı - MEYİTİ AXTARILIR
HADİSƏ

14 may 2020, 11:52

Mətn ölçüsü

Hacıqabulda 67 yaşlı kişi çayda batıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.