Yeniyetməni avtomobil VURDU
    • 16-05-2020, 22:55
    • 836

Yeniyetməni avtomobil VURDU

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində qeydə alınıb. Belə ki, evlərinin qarşısında oynayan 2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu avtomobil vurub. Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.