Güclü külək binanın damını uçurdu, 5 maşına ziyan dəydi - FOTO
    • 17-05-2020, 17:00
    • 1 091

Güclü külək binanın damını uçurdu, 5 maşına ziyan dəydi - FOTO

Qubada külək bir sıra fəsadlar törədib. 

News24.az xəbər verir ki, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.  

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub./APA /