Göyçayda bir ailə marketdən alınan şirniyyatdan ZƏHƏRLƏNİB
    • 18-05-2020, 15:52
    • 643

Göyçayda bir ailə marketdən alınan şirniyyatdan ZƏHƏRLƏNİB

Göyçayda zəhərlənmə hadisəsi baş verib. 
1-ci Ərəbcəbirli kəndində kənd sakini Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z. Baxışova marketdən şirniyyat alıb. Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə. Baxışovun həyat yoldaşı S. Baxışova, 4 yaşlı qızı Z. Baxışova və 2 yaşlı oğlu Q. Baxışov zəhərləniblər. 

Xəstəxanaya müraciət edən xəstələrə ilkin-tibbi yardım göstərilib və məhkəmə-tibb ekspertizası təyin edilib. 
Faktla bağlı araşdırma aparılır. /APA/